Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda əməliyyat: Qalstyan saxlanıldı

İrəvanda əməliyyat: Qalstyan saxlanıldı

Tarix: 31 Yanvar 2023 08:24

İrəvanda silah alverçisi kimi tanınan David Qalstyan yenidən saxlanılıb.

Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Bildirilib ki, bir neçə saat əvvəl maskalı əməliyyatçılar Qalstyanın evinə daxil olublar. Hazırda o, vəkilləri ilə birgə Milli Təhlükəsizlik Xidmətindədir.

Onun yeni cinayət işi ilə əlaqədar saxlanıldığı bildirilib.

Xatırladaq ki, Qalstyan və onunla birlikdə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sursat təchizatından sui-istifadədə ittiham olunurlar. Onlar 2021-ci ilin sentyabrında həbs ediliblər, lakin 2022-ci ilin martında Qalstyan 100 min dollar girov müqabilində azad edilib.

Milli.Az


Etiketlər:  İrəvanda əməliyyat Qalstyan saxlanıldı


RƏYLƏR