Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

Tarix: 1 Fevral 2023 08:42

"Çelsi"nin satışından əldə edilən 2,3 milyard funt sterlinq Ukraynaya dəstək üçün gedəcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Britaniya hökuməti artıq bu məbləği köçürməyə hazırdır, lakin Aİ-dən yekun razılıq almalıdır.

Qeyd edək ki, milyarder Roman Abramoviç ötən ilin ortalarında "Çelsi" klubunu amerikalı iş adamı Todd Bouliyə 4,25 milyard funt sterliqə satıb.

Mənbələr bildiriblər ki, tarixdə müharibə qurbanlarına verilən ən böyük xeyriyyə ianələrindən biri olacaq bu məbləğ həftələr ərzində hələ adı açıqlanmayan bir fonda köçürülə bilər.

Təfərrüatların yaxın iki həftə ərzində məlum olacağı bildirilir.

Yeri gəlmişkən, bu, rusiyalı oliqarxın Ukraynaya ilk yardımı deyil. Xatırladaq ki, Roman Abramoviç Rusiyadan olan danışıqlar nümayəndə heyətinin üzvü olub və 2022-ci ilin yazında bir neçə dəfə Kiyevə səfər edib. Onun danışıqlarda iştirakını və paytaxta səfərini prezident Vladimir Zelenski şəxsən təsdiqləyib.


Etiketlər:  Abramoviç Çelsinin satışından əldə olunan gəliri Ukraynaya verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ