Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araqla virusa qarşı mübarizə aparanların cavabını həkim verdi - FOTO

Araqla virusa qarşı mübarizə aparanların cavabını həkim verdi - FOTO

Tarix: 1 Fevral 2023 18:10

"Çoxları arağın tərkibində etil spirti olduğu üçün orqanizmi mikroblardan qoruya biləcəyinə inanır. Amma araq dezinfeksiyaedici vasitə sayıla bilməz".

Bu barədə Rusiya Səhiyyə Departamentinin nümayəndəsi Valentin Skryabin məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, etil spirtinin araqdakı konsentrasiyası təxminən 40% təşkil edir.

"Virus membranlarının məhv edilməsi üçün isə 60% spirt konsentrasiyası lazımdır. Başqa sözlə, nə araq, nə də digər spirtli içkilər dezinfeksiyaedici rol oynaya bilməz və bədəni qoruya bilməz", - deyə narkoloq izah edib.

O, əlavə edib ki, spirtli içkilər, əksinə, insanın immunitetini azaldır və insan orqanizmi üçün zəhərdir.

"Hər hansı bir zəhərdə olduğu kimi, maddənin dozası nə qədər yüksək, təsiri də nə qədər uzun olarsa, bədənə o qədər çox zərər verər", - deyə Skryabin sözlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Araqla virusa qarşı mübarizə aparanların cavabını həkim verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ