Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 05:24
Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, "Popun kralı" adını qazanan Maykl Ceksonun həyatı barədə film çəkilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əfsanəvi ifaçını bayopikdə bacısı oğlu Cəfər Cekson canlandıracaq.
Bu barədə filmin rejissoru olacaq Antuan Fukua özünün "Instagram" hesabında xəbər verib.
Onun sözlərinə görə "Lionsgate" şirkəti ilə "Maykl" ("Michael") adlı layihə üzərində işləyir.
Filmin prodüserləri isə Qrem Kinq, Con Brank və Con Makkleyn olacaqlar.
Ssenarini əvvəllər "Qladiator" və "Aviator" filmlərini hazırlayan Con Loqan yazıb.
Qeyd edək ki, 13 "Grammy" mükafatı qazanan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.