Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 16:32
Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rəhim Həsənov oktyarbrın 23-də keçiriləcək “Liepaya” (Latviya) - “Porto” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək.
Rauf Cabarov isə noyabrın 6-da oynanılacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşünün baş hakimi olacaq. Ona Namik Hüseynov və Pərvin Talıbov yardım edəcək.