Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırmızı Meydanda buzovunu gəzdirən amerikalı həbs edildi - FOTO

Qırmızı Meydanda buzovunu gəzdirən amerikalı həbs edildi - FOTO

Tarix: 2 Fevral 2023 20:02

Moskvanın Tverskoy Məhkəməsi şəhərin mərkəzindəki Qırmızı Meydanda buzovla gəzən amerikalı heyvan hüquqları müdafiəçisi Alisiya Dayın 13 sutkalıq həbs edilməsinə dair qərar verib. Onun polisə itaətsizlik göstərdiyinə görə həbs edildiyi bildirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya paytaxtının mərkəzində buzov ilə gəzən qadın ötən gün saxlanılıb. Onun 34 yaşlı ABŞ vətəndaşı olduğu müəyyən edilib.

Saxlanılan şəxsin sözlərinə görə, o, "Avito"da heyvan alıb və onu gəzdirmək qərarına gəlib.

Xatırladaq ki, bundan əvvəl Alisiya Day Qırmızı Meydanda icazəsiz mitinqdə iştirak etdiyinə görə 20 min rubl cərimə edilmişdi.

Milli.Az


Etiketlər:  Qırmızı Meydanda buzovunu gəzdirən amerikalı həbs edildi FOTO


RƏYLƏR