Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 23:28
İsveçin "Göteborq" klubunun futbolçularının və məşqçi heyətinin olduğu təyyarə Kopenhagen hava limanına məcburi eniş edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.
Klub heyəti İspaniyaya təlim-məşq toplanışına gedirmiş.
Pilotun qərarı verib ki, atmosfer təzyiqinin düşməsi ilə yük yerində olan topların partlaması riski böyükdür.
Bu səbəbdən hava gəmisinin kapitanı məcburi eniş edib.
Klub nümayəndələrindən biri Rolf Qustafsson yerə endikdən sonra topları iki dəfə yoxlayıb və bildirib ki, təyyarə yanlış həyəcan siqnalı ilə Kopenhagenə enib.
Onun sözlərinə görə uçuşdan əvvəl toplar şişirdilmiş vəziyyətdə olmayıb.