Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Quterreş Ukraynaya gedəcəkmi?

Quterreş Ukraynaya gedəcəkmi?

Tarix: 3 Fevral 2023 07:50

BMT-nin baş katibi Antonio Quterreş hələlik Ukraynaya səfər etməyi planlaşdırmır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin müavini Florensiya Soto Nino bildirib.

O, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ərəfəsində Quterreşin Kiyevə səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, "Hazırda səyahət planlarımızla bağlı heç bir məlumat yoxdur", - deyib.

Florensiya Soto Nino əlavə edib ki, BMT-nin baş katibi fevralda Baş Assambleyanın iclasında Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək.

Milli.Az


Etiketlər:  Quterreş Ukraynaya gedəcəkmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ