Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalıların pulları və əmlakı Ukraynaya ötürüldü

Rusiyalıların pulları və əmlakı Ukraynaya ötürüldü

Tarix: 4 Fevral 2023 08:06

ABŞ ilk dəfə olaraq Ukraynanın xeyrinə rusiyalıların aktivlərini müsadirə etmək qərarına gəlib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, ölkənin Baş prokuroru Merrik Qarland rusiyalı iş adamı Konstantin Malofeyevdən müsadirə edilən 5,4 milyon dolların Kiyevə ötürüldüyünü açıqlayıb.

Baş prokuror xatırladıb ki, 2022-ci ilin yazında o, K. Malofeyevi sanksiyalardan yayınmaqda ittiham edib:

"Müsadirə olunan vəsait Ukrayna xalqına dəstək olmaq üçün Dövlət Departamentinə veriləcək".

ABŞ-də keçirilən tədbirdə iştirak edən Ukraynanın Baş prokuroru Andriy Kostin Vaşinqtona "qətiyyətli tədbirlər və dəstəyə görə" təşəkkür edib.

Xatırladaq ki, bu həftənin əvvəlində Nyu Yorkun Cənub Dairəsi məhkəməsi ABŞ Maliyyə Nazirliyinə rusiyalı milyaderlə bağlı 5,4 milyon dolları müsadirə etməyə icazə verib. Prokurorluq bildirib ki, biznesmen 2015-ci ildə ABŞ-nin sanksiyalarını pozaraq vəsaitləri tərəfdaşına ötürməyə cəhd edib. K. Malofeyev 2014-cü ildən ABŞ-nin sanksiya siyahısındadır. İş adamının özü daha əvvəl 2014-cü ildən Qərbdə heç bir aktivinin olmadığını iddia etmişdi.

Qeyd edək ki, 49 yaşlı Konstantin Malofeev rusiyalı sahibkar, milyarder, siyasətçi və ictimai xadim, "Rostelekom" səhmlərinin sahibi, "Çarqrad" şirkətlər qrupunun direktorlar şurasının sədri, Dünya Rus Xalq Kilsələri təşkilatının sədr müavini, "Çarqrad" telekanalının təsisçisi, "Çarqrad" icmasının sədrdir. O, Rusiyada dövlət səviyyəsində dəstəklənən "rus dünyası" konsepsiyasını maliyyələşdirənlərdən biridir.

Siyasətçi-sahibkar 2014-cü ildən Avropa İttifaqının (Aİ) 27 ölkəsi, ABŞ, Kanadanın sanksiyaları altındadır. 2017-ci ildən dövlətlərarası axtarışda, daha sonra isə əlavə Böyük Britaniya, İsveçrə, Avstraliya, Yaponiya və s. ölkələr tərəfindən sanksiyalara məruz qalıb.


Etiketlər:  Rusiyalıların pulları əmlakı Ukraynaya ötürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ