Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yatmazdan neçə saat əvvəl yemək olar?

Yatmazdan neçə saat əvvəl yemək olar?

Tarix: 4 Fevral 2023 20:18

Bu sual bir çox insanları maraqlandırır.

Əvvəllər belə hesab olunurdu ki, bədən çəkisini normada saxlamaq və sağlamlığını qorumaq istəyən insan axşam 6-dan sonra yeməməlidir. Lakin bu belə deyil.

Sagalamolun.az xəbər verir ki, mütəxəssislərin fikrinə görə, son qida qəbulu yatmazdan ən azı 3 saat əvvəl olmalıdır. Yəni axşam saat 9-da yatmağa gedirsinizsə, 6-dan sonra yeməyin. Bundan gec yatırsınızsa, şam yeməyinizi də daha gec yeyə bilərsiniz.

Yatmazdan əvvəl çoxlu yemək ziyanlıdır ki, bu artıq çəki, həzm proseslərinin pozulmaları və s. problemlərə səbəb ola bilər. Lakin acqarına yatmaq da insana narahatçılıəq verir, yuxu pozulmasına səbəb olur.

Milli.Az


Etiketlər:  Yatmazdan neçə saat əvvəl yemək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ