Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt''ın tarixinə düşdü

''Sumqayıt''ın tarixinə düşdü

Tarix: 3 May 2019 11:08

Peyman Babayi “Sumqayıt”ın tarixinə düşüb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu  2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə het-trik edən ilk futbolçu adına yiyələnib.

İranlı futbolçu buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub.

Qeyd edək ki, Babayi Azərbaycan kubokunda mövsümün ilk het-trikinə də imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. “Qəbələ”də çıxış etdiyi vaxt “Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.
 


Etiketlər:  Sumqayıtın tarixinə düşdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ