Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 12:02
Kahramanmaraşda baş verən zəlzələdə nənəsi və bibisi dağıntılar altında qalan aktrisa Melisa Aslı Pamuk sosial media hesabından kömək istəyib.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, Türkiyədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Təxminən 30 saniyə davam edən və bir çox vilayətdə hiss edilən zəlzələdə bir çox bina dağıldığı halda, dağıntılar altında qalan vətəndaşların xilas edilməsi işləri davam edir. Aktrisa Melisa Aslı Pamuk bibisi və nənəsinin zəlzələdə qapalı qaldığını bildirib.
Tvitter hesabında ailəsinin zəlzələdən sonra binada qapalı qaldığını deyən Melisa Aslı Pamuk, "Nənəm yeriyə bilmir, xəstədir. Bibimlə birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik", - deyə o paylaşımında qeyd edib.