Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə daha bir fəlakət

Türkiyədə daha bir fəlakət

Tarix: 7 Fevral 2023 16:58

Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, zəlzələlərdən sonra İskəndərunun bəzi küçələri su altında qalıb və bu səbəbdən də bölgədə nəqliyyat sıxlığı meydana gəlib. Yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönəldir.

Qeyd olunub ki, yalnız yollar su altında qalıb, evləri su basması barədə məlumat yoxdur.


Etiketlər:  Türkiyədə daha fəlakət


RƏYLƏR