Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

Tarix: 9 Fevral 2023 08:20

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib. Belə ki, "Mercedes" markalı 50 - EH - 724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi "Opel" markalı 01 - CE - 467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib.

Milli.Az


Etiketlər:  Sumqayıtda zəncirvari qəza olub xəsarət alan var


RƏYLƏR