Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın təxribat planı: Ordumuzun cavabı bu olacaq!

İranın təxribat planı: Ordumuzun cavabı bu olacaq!

Tarix: 9 Fevral 2023 14:48

İran münaqişəyə (Ermənistan-Azərbaycan konflikti - red.) hərbi müdaxilə üçün çoxdan əlverişli şərait axtarır. İndi düşünə bilərlər ki, belə bir imkan yaranıb. İran görür ki, Türkiyə ilə Qərb arasında münasibətlər rəvan deyil və Qərb bütün vasitələrlə Ermənistana kömək etmək istəyir. Bizim təbii müttəfiqimiz Türkiyənin isə başı zəlzələnin fəsadlarının aradan qaldırılmasına qarışıb. Düşünürlər ki, belə vəziyyətdə İranın Ermənistan tərəfdən münaqişəyə qatılması Qərbin onlara təzyiqini azaldar, onlar da bundan istifadə edib, həm nüvə proqramını, həm də daxildə repressiyaları genişləndirib orta əsrlərə xas olan teokratik rejimlərinin ömrünü uzada bilərlər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Ermənistanla birgə Azərbaycana qarşı təxribat hazırlaması haqda mediada yayılan məlumatı şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ermənilərin türklərə olan nifrəti, revanş hissi onları sağlam mühakimə yürütmək qabiliyyətindən məhrum edib və hər cür avantüraya sövq edir.

O, belə bir hal baş verəcəyi halda onlara ciddi əks-zərbə vurulmalı olduğunu deyib:

"Qarabağda erməni sakinlərin yaşadığı ərazilərimizdə dövlət suverenliyi bərpa olunmalı, nəhayət ki, bölgəyə sülh gəlməlidir. Bunun üçün dərhal Daxili Qoşunlar Xankəndiyə daxil olmalıdır. Zəngəzurdan Naxçıvana, 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq, açılmalı olan yolların tikintisini təmin etmək məqsədilə tədbirlər görülməlidir. Yəni avtomobil və dəmir yollarının bərpa edilməli olduğu ərazi Silahlı Qüvvələrimiz tərəfindən müvəqqəti nəzarətə götürülməli və müəyyən təminatlar əsasında qeyd etdiyim Sazişə uyğun olaraq, yolların təhlükəsizliyini təmin etməyə məsul olan Rusiyanın nəzarətinə verilməlidir".


Etiketlər:  İranın təxribat planı Ordumuzun cavabı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ