Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binaların inşası zamanı zəlzələyə davamlılıq hesablanmalıdır - Mütəxəssis - VİDEO

Binaların inşası zamanı zəlzələyə davamlılıq hesablanmalıdır - Mütəxəssis - VİDEO

Tarix: 10 Fevral 2023 02:46

''Binaların seysmik davamlılığının aşağı səviyyədə olması təbii fəlakət zamanı böyük faciələri qaçılmaz edir. Ona görə də yaşayış binaları inşa edilən zaman onların zəlzələyə davamlılığı  hesablanmalıdır''.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhülkənin qiymətləndirilməsi şöbəsinin  müdiri Qulam Babayev deyib.

Onun sözlərinə görə, tikinti sektorunda texniki normativlərə əməl olunması zamanı müxtəlif ölkələrin təcrübələrindən bəhrələnmək lazımdır.

Şöbə müdiri qabaqlayıcı tədbirlər üçün seysmik risk xəritəsinin hazırlanmasının  vacibliyini vurğulayıb. Bildirib ki, bu xəritə əsasında riskləri müddətə görə təyin etmək mümkündür.

Qeyd edək ki, Elm və təhsil Nazirliyinin  Geologiya və Geofizika İnstitutunda ''Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr " mövzusunda ümumrespublika elmi seminarı keçirilib.

Seminarda müxtəlif qurumların mütəxəsissləri iştirak ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Binaların inşası zamanı zəlzələyə davamlılıq hesablanmalıdır Mütəxəssis VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ