Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“DiKaprionun sevgilisi damazlıqdır”

“DiKaprionun sevgilisi damazlıqdır”

Tarix: 10 Fevral 2023 03:24

Rus teleaparıcı Alena Vodonaeva Leonardo DiKaprionun hazırkı sevgilisi, 19 yaşlı Eden Polani ilə yaraşdığını bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "The Voice Mag" məlumat yayıb:

"Leonun gözəl sevgilisi var, çünki qız yaşlı deyil, damazlıqdır".

Qeyd edək ki,  DiKaprionun model sevgilisi israillidir. Aralarında 29 yaş fərq olan cütlük qısa zamanda xeyli müzakirəyə səbəb olub.

Onu da bildirək ki, Leonardo sevgililərindən 25 yaşı tamam olduqda ayrılması ilə seçilir. Sənətçinin yaxın dostunun sözlərinə görə, Leonardo evlilik və uşaq sahibi olmağı düşünmədiyi üçün bu addımı atır. DiKaprio fikirləşir ki, 25 yaşından sonra qadınlar evlənmək və övlad sahibi olmaq istəyir.

Milli.Az


Etiketlər:  DiKaprionun sevgilisi damazlıqdır


RƏYLƏR