Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili: Ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət edir, qatı millətçidirlər

Millət vəkili: Ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət edir, qatı millətçidirlər

Tarix: 15 Oktyabr 2019 12:36

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənilərə elə zərbə vurulub ki, hələ də özlərinə gələ bilmirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan özü erməniləri ifşa etdi:

"O, çıxışında önə çəkdi ki, Qaregin Njde faşistlərə xidmət etsə də, vaxtilə türklərlə müharibə aparıb, ona görə də qəhrəmandır və heykəli olmalıdır. Prezident İlham Əliyev isə arqumentləri ilə erməniləri ifşa etdi. Rusiya Dövlət Dumasının qərarı var ki, heykəl oradan götürülməlidir. Düzdür, bu, tələb deyil, tövsiyədir. Paşinyan o heykəli oradan götürə bilərmi? Xeyr!”.

Deputat qeyd edib ki, ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət edir, qatı millətçidirlər:

“Prezident “nida” işarəsi qoydu, arzu edirəm ki, ordumuz da belə bir “nida” işarəsi qoysun və bu məsələni bitirək. Dünyanın müxtəlif ölkələrində qaçqınlar görmüşəm, bizdəki qədər onlara şərait yaradılmır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkili Ermənilərin əvvəlki indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət edir qatı millətçidirlər


RƏYLƏR