Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yaxın günlərdə böyük hadisələr olacaq” – Mesajda diqqətçəkən İran detalı

“Yaxın günlərdə böyük hadisələr olacaq” – Mesajda diqqətçəkən  İran detalı

Tarix: 14 Fevral 2023 08:50

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə müharibənin başlamasının birinci ildönümündə - fevralın 24-də böyük hadisələrin gözlənildiyini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, nazir yaxın günlərdə ciddi qərarların veriləcəyini deyib.

"Çox vacib siyasi siqnallar, sanksiyalar, silahlarla bağlı qərarlar, birlik mesajları olacaq və bu, bütün səviyyələrdə baş verəcək. Yəni Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün bir illiyini dünyanın necə qeyd edəcəyini xatırlayacaq", - Kuleba bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının sessiyasında çıxış etmək üçün fevralın 24-də Nyu-Yorka (ABŞ) getməyi planlaşdırır.

"Blumberq" agentliyinin məlumatına görə, G7 ölkələri fevralın 24-də sanksiyalardan yayınaraq Rusiyaya kömək etdiklərinə görə Çin, İran və Şimali Koreyaya sanksiyalar tətbiq edə bilər.

Milli.Az


Etiketlər:  Yaxın günlərdə böyük hadisələr olacaq Mesajda diqqətçəkən İran detalı


RƏYLƏR