Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 22:36
Əgər bu günə qədər içərisində yumurta qaynatdığınız suyu atırdınızsa, deməli səhvə yol vermisiniz.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yumurta qabığının 90 faizi kalsium karbonatdan ibarətdir. Üstəlik, yumurta qabığında mis, ftor, dəmir, manqan, molibden, fosfor, kükürd, sink, silisium və bir çox digər vacib mikroelementlər var.
Yumurta bişirərkən həmin mikroelementlər qaynadığı suya qarışır. Mütəxəssislərin fikrinə görə, bişmiş yumurtanın qabıqlarını əzib toz halına salmaq və ağacların dibinə tökmək faydalıdır. Həmçinin yumurta qaynadılmış suyu da soyutduqdan sonra otaq bitkilərinizin və ya ağacların dibinə tökməklə onların daha da boy atmasına kömək etmiş olarsınız.