Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür ediblər - VİDEO

Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür ediblər - VİDEO

Tarix: 15 Fevral 2023 17:36

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Türkiyənin Kahramanmaraş rayonunda zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qurulan çadırlarda yaşayış üçün lazımi şərait yaradılıb. Burada yaşayan insanlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib, uşaqlar üçün oyun guşəsi yaradılıb.

Çadırlarda yaşayan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirirlər.

Milli.Az


Etiketlər:  Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür ediblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ