Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 08:39
"Putin Ukraynanı tez bir zamanda məğlub edəcəyini, NATO-nu parçalayacağını və cəzasız qalacağını düşünürdü. O yanıldı. Ukrayna azad və müstəqil olaraq qalır. NATO və onun müttəfiqləri daha da güclənib".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Brüsseldə çıxış edən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.
Milli əlavə edib ki, Rusiya artıq müharibəni uduzub - strateji, əməliyyat və taktiki müstəvidə. Amerikalı generalın fikrincə, rus ordusu döyüş meydanında bunun əvəzini ödəyəcək.