Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 12:28
Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramının təqdimatı zamanı deyib.
O bildirib ki, agentlik özəl laboratoriyaların yaradılmasında maraqlıdır:
“Hazırda bu sahədə iş aparılır və müvafiq qurumlara müraciətlər edilib”.
Sədr qeyd edib ki, bu laboratoriyalar standartlaşdırma aparıldıqdan sonra ekspertiza həyata keçirə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin