Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarova: Minsk Qrupunun formatı tarixin zibil qutusuna göndərildi - VİDEO

Zaxarova: Minsk Qrupunun formatı tarixin zibil qutusuna göndərildi - VİDEO

Tarix: 17 Fevral 2023 14:24

"Əgər kimsə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vurubsa, bunlar ABŞ başda olmaqla Qərb ölkələrinin özləridir".

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə News.ru portalının jurnalistinin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun formatı tarixin zibil qutusuna atılıb.

O bildirib ki, Moskva Vaşinqtonun vasitəçiliyinin real addımlarla irəlilədiyini və hansısa əlavə dəyərə malik olduğunu görmür:

"Minsk Qrupunun formatı 2022-ci ilin fevralında amerikalı və fransalı həmsədrlərin rusiyalı həmkarı ilə qarşılıqlı əlaqəni uydurma bir bəhanə ilə dayandırmasından sonra tarixin zibil qutusuna atıldı. Bununla bağlı heç bir aydın izahat yox idi. Bunu nəzərə alaraq biz diqqətimizi ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında, üçtərəfli formatlar çərçivəsində Bakı və İrəvana yardım göstərməyə yönəltmişik"

Milli.Az


Etiketlər:  Zaxarova Minsk Qrupunun formatı tarixin zibil qutusuna göndərildi VİDEO


RƏYLƏR