Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qızım get, bu sənət sənlik deyil”

“Qızım get, bu sənət sənlik deyil”

Tarix: 17 Fevral 2023 16:35

"Mən məktəbi pis oxumuşam, 8-ci sinifdən çıxmışam. Oyuncaq fabrikində işləmişəm. Ağlıma gəlməzdi ki, Mehriban Xanlarova olacağam. Mən ilk gündən kameradan qorxmamışam. "Şahmaran" filmindən sonra demişəm ki, yəqin ki, mən aktrisayam".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Səhərin səsi" proqramında qonaq olarkən deyib. Teatr və kino aktrisası verilişdə peşəsindən, gənclərə yol göstərməsindən söz açıb:

""Məhv olmuş gündəliklər" tamaşasında bir gənc qızımız var idi. Mənimlə rol almışdı. Səhnədən sonra mənə sual verdi ki, necə oldu ki, tamaşada ağladız? Cavab verdim ki, sən tamaşa boyu ağlamadın? Sözlərim təsir etmədi? Dedi, yox! Dedim, qızım get, bu sənət sənlik deyil. Elə edə etdi. Bir müddət sonra mənə zəng vurdu ki, çox sağ olun, başqa sahədə çalışıram".


Etiketlər:  Qızım sənət sənlik deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ