Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədəki zəlzələ Azərbaycanın geyim bazarına təsir edib - ''Sifarişlərimiz gəlmir'' - VİDEO

Türkiyədəki zəlzələ Azərbaycanın geyim bazarına təsir edib - ''Sifarişlərimiz gəlmir'' - VİDEO

Tarix: 17 Fevral 2023 21:28

Türkiyənin ən böyük geyim istehsalı müəssisələrinin zəlzələnin baş verdiyi zonalarda yerləşməsi tekstil sektoruna ciddi təsir göstərib. Hazırda yeni mövsüm üçün mallar xarici ölkələrə ixrac olunmur.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizə də geyim ən çox Türkiyədən gətirildiyi üçün hazırda bazarda çatışmazlıqlar hiss olunur.

Satıcılar deyirlər ki, yaz-yay kolleksiyası üçün verdikləri sifarişlər gəlmir.

Belə olan halda isə bazarda bahalaşma qaçılmaz olacaq.

Bəzi dükanlarda isə vəziyyətdən çıxış yolu kimi satışa köhnə mövsümdən qalma malların çıxarılması planlaşdırılır.

Geyim üzrə marketoloq Elxan Mərdanlı deyir ki, mövcud vəziyyət 2023-cü payız-qış və 2024-cü yaz-yay kolleksiyalarına da təsir edə bilər.

Ekspert düşünür ki, geyim bazarında qiymət artımı olarsa, digər istehsalçı ölkələrə yönəlmək hazırda real görünmür. Çünki ən böyük istehsalçılardan olan Çin, Hindistan, Banqladeş və Vyetnam ölkəmizə uzaq mənbələr olduqlarından bu variant bizim üçün bazarı sabit saxlamaq baxımından sərfəli deyil. Ümid yenə də Türkiyənin hazırda işlək olan fabriklərinə qalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Türkiyədəki zəlzələ Azərbaycanın geyim bazarına təsir edib Sifarişlərimiz gəlmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ