Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələdə kənd yerini dəyişdi

Zəlzələdə kənd yerini dəyişdi

Tarix: 18 Fevral 2023 11:02

Türkiyənin Qəhrəmanmaraş vilayətində baş vermiş şiddətli zəlzələdən ziyan görən yaşayış məntəqələrindən biri də Antakyanın Dəmirkörpü kəndi olub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, zəlzələ zamanı kənddən keçən qırılma xətti yaşayış məntəqəsinin bir hissəsini Asi çayı tərəfə sürükləyib. Evlər təxminən 3 metr dərinliyində yerin dibinə çöküb.

Bundan başqa, zəlzələ zamanı evlər təxminən 30 metr çaya tərəf sürüşüb.

Suyun səviyyəsinin qalxması ilə evdəki əşyalar da çaya qərq olub.

Qeyd edək ki, zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb.


Etiketlər:  Zəlzələdə kənd yerini dəyişdi


RƏYLƏR