Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2023 18:55
"Kövrək insanlar uzunömürlü olur. Nəyisə ürəyimə salmıram. Bu, insanın ömrünü uzadır. Ağlayıram və rahatlaşıram. Deyirlər, filankəs infarkt keçirəcək. Bilsə ki, infarkt keçirəcək, ürəkdən ağlasa, keçər. Allah məni çox yaşatmaq istəyir, yəqin ona görə beləyəm. Ağlamaq müalicə metodudur".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Günün sədası" verilişində deyib. Müğənni bir müddət əvvəl efirdə ağlaması ilə bağlı yayılan xəbərdən danışıb:
"Kanalların birində zəlzələni göstırdilər, kövrəldim. Bunu şişirtdilər, yazdılar. İnsanlar evimizə gəlirdilər ki, sizə nə olub, necəsiniz? Top kimiyəm, nə şəkərim var, nə başqa xəstəliyim".