Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sonuncu erməniyə kimi döyüşmək…

Sonuncu erməniyə kimi döyüşmək…

Tarix: 18 Fevral 2023 20:08

Paşinyan yəqin ki, arada güzgünün qarşısında özünü Zelenskinin yerinə qoyur: bütün dünya liderləri onu alqışlayır, qucaqlyır, pullar Ermənistana axır, arvadı ilə "Time" jurnalının üzqabığında birgə şəkilləri yayılır, Makron onun qulağına "sonuncu erməniyə kimi döyüş" pıçıldayır, Avropa Parlamentində hamı bir ağızdan "slava Armeniya" deyirlər...

Zelenski müharibədən bəri bəzi possovet ölkələrinin liderlərinə zəng edib. Son olaraq, Əliyevə və Qazaxıstan prezidentinə zəng etmişdi.

Niyə Paşinyana zəng etməməsinin indi 10 səbəbini sadalaya bilərəm. Amma onlardan ikisini seçdirmək olar:

1)Paşinyan Zelenskinin nə işinə yarıya bilər?

2)Ermənistanın bu müharibədə kimi dəstəklədiyini bilən varmı?

Milli.Az musavat.com-a istinadən bildirir ki, Azərbaycanlı müxalifətçi qarının Paşinyanı "Rusiyanın qarşısında qala" adlandırması əlbəttə ki, siyasi gerizəkalılıq, mənəvi kasıblıq və xainlikdir. Təbii ki, ilin-günün bu vaxtı erməni liderinə tərif vurmaq öz ağlının məhsulu deyil. Hələ də xaricdəki dəllaların belələrinin xidmətinə ehtiyacı varsa, onlar da axmaqdırlar. Çünki belələrinin nə danışmasının cəmiyyət üçün qara qəpiklik dəyəri yoxdur. Amma Paşinyan üzərində qurulan oyunlar haqda bəzi nərticələr çıxarmaq üçün necə deyərlər, "gül təki" pasdır...

Erməni cəmiyyətinin Paşinyan haqda nə düşündüyü məlumdur. Onlar özlərini də yaxşı tanıyırlar. Bilirlər ki, erməni təfəkküründə olan, daima özgənin torpağına göz dikən, paxıl və xəbis xalq heç vaxt demokratik cəmiyyət qurub xoşbəxt yaşaya bilməz. Ermənilərin milli düşüncəsi demokrtatiyanın bütün təməl prinsiplərinə ziddidir. Paşinyan da ermənidir, onlardan biridir, millətinin nə mal olduğunu yaxşı bilir. Qərbin bəzi dairələri isə Paşinyandan israrla demokrat düzəltmək istəyir, bu cəhdlər hələ o hakimiyyətə gələndən başlayıb. Düzəldə, qəlibə sala bilsələr, məsələn, ondan Almaniya kimi dövləti ABŞ-ın sözəbaxan uşağına çevirmiş kansler Şoltz kimi bəlkə nəsə alınar. Qərbin isə belə görünür ki, indi daha çox demokrata yox, "başqa bir Zelenskiyə" ehtiyacı var. Hələ anlamırlar ki, ermənin də, Ermənistanın da o potensialı yoxdur ki, məsələn, Rusiyanın qarşısında nəinki bir il, bir ay duruş gətirə bilsin. Erməni Rusiya ilə heç vaxt ukraynalı kimi döyüşməz, buna nə cəsarətləri, nə ürəkləri yetər. Paşinyan yəqin ki, arada güzgünün qarşısında özünü Zelenskinin yerinə qoyur: Bah, bütün dünya liderləri onu alqışlayır, qucaqlyır, pullar Ermənistana axır, arvadı ilə "Time" jurnalının üzqabığında birgə şəkilləri yayılır, Makron onun qulağına "sonuncu erməniyə kimi döyüş" pıçıldayır, Avropa Parlamentində hamı bir ağızdan "slava Armeniya" deyirlər...Güzgünün qarşısından çəkilən kimi isə Paşinyan yenə olduğu yerə qayıdır, asılı Ermənistana... O yer isə o qədərdə rahat görünmür, "qala" heç deyil...

Rusiya televiziyaları Münhen konfransını anti-Paşinya tədbiri kimi damğalayıb ki, səbəbi aydındır. 1967-ci ildən bəri ilk dəfə Rusiyanı dəvət etməyiblər. Hətta Kasparovla, Xodorkovskini də tapıb Almaniyaya gətiriblər. Tədbirlə bağlı diqqətçəkən isə qısa süjetdə Paşinyanı tapıb göstərmələri oldu. Paşinyan döyükürdü, ətrafında oturmuş adamlara ürkək baxırdı, yerindən məmnun olmadığı baxışlarından oxunurdu. Paşinyan Qərblə Rusiya arasında indi elə bir ipin üstündə oynamağa cəhd edir ki, heç ən məşhur kəndirbaz belə sonadək müvazitəni saxlamaqda çətinlik çəkər. Amma belə görünür ki, ondan "ikinci Zelenski" düzəltmək istəyənlər indi daha çoxdur. Zelenski son olaraq Avropa türnesində dedi ki, heç vaxt Minsk razılaşmasını yerinə yetirmək fikirində olmayıb. Bununla bağlı həmin sənəddə imzası olan Almaniyanın sabiq kansleri Merkel də danışmışdı, "sənəd bizə Ukraynaya vaxt qazanmaq üçün lazım idi "demişdi.

İndi gələk Paşinyana ki, o da imzası olan sənədlə(10 noyabr, 2020) üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, üstəlik ciddi silahlanma işinə də girişib, Avropa İttifaqının müəmmalı missiyasını sərhədinə töküb, sülh müqaviləsindən isə ən müxtəlif bəhanələrlə imtina edir. Bunu təkcə Rusiyanın belinə də qoymaq olar, amma Paşinyanı sülhdən caydıran təkcə Moskva deyil. Qərb ölkələrinin sülh müqaviləsi ilə bağlı çağırışları səmimi deyil. " Qərb sülh müqaviləsinin imzalanmasını ona görə istəyir ki, Rusiyanın bu münaqişə üzərindən təzyiq rıçaqlarını əlindən alsın" deyirik, burda müəyyən həqiqət payı ola bilər. Amma Ermənistana dil verən də, pul verən də, musiqi sifariş verən də indi daha çox Qərbdir. Paşinyan indi daha çox onların sözlərini eşidir, amma bu Moskvaya qarşı könüllü müqavimət də deyil, məcburiyyətdir. Çünki bu, Ermənistanın bir dövlət kimi məhv olunması ilə bitə bilər ki, biz əlbəttə düşmənimizə bunu arzulayırıq. Dəfələrlə də yazmışıq ki, Allah ermənilərin ağlını alsın, Qərbin bütün oyunlarına "hə" desinlər, hətta Rusiyaya qarşı "ikinci cəhbə"olmağa razılışsınlar...

Belə götürəndə bəzi azərbaycanlı "demokrtatlar"ın Paşinyanı tərifləmələri yaxşıdır, qoy daha da qızışdırsınlar, onlar da "sonuncu erməniyədək" döyüşməyə çağırsınlar...

Milli.Az


Etiketlər:  Sonuncu erməniyə kimi döyüşmək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ