Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2023 22:27
Həkimlər yuxu gətirən preparatlarla ehtiyatlı olmağa çağırıb.
Bakupost.az xəbər verir ki, Kaliforniya universitetinin alimləri yeni araşdırmada yuxugətirici dərmanların koqnitiv funksiyalara təsirini öyrənib.
Onlar 3068 nəfər böyük yaşlı insanı 8-9 il müşahidə ediblər.
İştirakçılar hər il anket dolduraraq nə qədər yuxu dərmanı içdiyini qeyd ediblər, eləcə də 3 ildən bir sağlamlıq vəziyyəti yoxlanılıb.
Bu müddət ərzində 20% iştirakçıda demensiya inkişaf edib. Onların arasında 79% demək olar ki, daimi olaraq yuxugətirici dərmanlar içirdi.
Heç dərmən içməyənlər arasında cəmi 20% demensiya olan var idi.
Ona görə də gələcək fəsadlardan qorunmaq üçün yuxugətirici dərmanlarla ehtiyatlı olun.