Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 23:08
Gürcüstanın Batumi şəhərini Sarpi ilə (Gürcüstan-Türkiyə sərhədi) birləşdirən mərkəzi magistralda daş uçqunu qeydə alınıb. Bununla əlaqədar nəqliyyatın hərəkətini qismən bağlanıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə mediada məlumat yayılıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qayalığın bir hissəsinin uçduğu əraziyə Xelvaçauri meriyasının nümayəndələri və polislər cəlb olunub.
Artıq yolun təmizlənməsi işlərinə başlanılıb. Ərazi sarı lentlə ayrılıb.
KİV-in məlumatına görə, yol qismən nəhəng daşlarla doludur.