Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabiq rektor Nurlana Əliyeva şöbə müdirini ona cadu etməkdə ittiham etdi

Sabiq rektor Nurlana Əliyeva şöbə müdirini ona cadu etməkdə ittiham etdi

Tarix: 20 Fevral 2023 13:12

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəməsi keçirilən universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevadan şikayət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib.

İş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib.

Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib. 

Hakim Əli Məmmədov deyib ki, bu barədə məhkəməyə ərizə daxil olub. Dürdanə Əliyeva müraciətində Nurlana Əliyevanın əməlləri ilə bağlı məlumat verib, özünün cinayət işində sadəcə, vasitəçi olduğunu qeyd edib.

Qeyd edək ki, Nurlana Əliyevanın məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul olunub. O, qərar müzakirə olunan vaxt ölkədən çıxıb.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Milli.Az


Etiketlər:  Sabiq rektor Nurlana Əliyeva şöbə müdirini ona cadu etməkdə ittiham etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ