Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN: Lavrov və Van İ Ukrayna məsələsində ''Çin Planı''nı müzakirə etməyiblər

Rusiya XİN: Lavrov və Van İ Ukrayna məsələsində ''Çin Planı''nı müzakirə etməyiblər

Tarix: 22 Fevral 2023 23:56

Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ukrayna münaqişəsi ətrafındakı "Çin planı"nı müzakirə etməyiblər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

"Bəzi Qərb siyasətçiləri və media həmişə olduğu kimi, real mənzərəni təhrif edirlər. Həqiqətən, Lavrovun ÇKP Mərkəzi Komitəsinin Xarici İşlər üzrə Komissiyasının Kanslerinin rəhbəri Van ilə apardığı danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyətin müzakirəsi vacib yer tutdu. Çinli tərəfdaşlar bizi Ukrayna böhranının səbəbləri və onun siyasi həllinə yanaşmalar barədə mülahizələri ilə tanış etdilər. Hər hansı bir "plan" haqqında söhbət olmayıb", - deyə diplomat qeyd edib.


Etiketlər:  Rusiya XİN Lavrov Ukrayna məsələsində Çin Planını müzakirə etməyiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ