Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mobil telefonlar kəskin bahalaşdı - VİDEO

Mobil telefonlar kəskin bahalaşdı - VİDEO

Tarix: 23 Fevral 2023 15:40

Ölkəyə fərdi şəkildə gətirilən və qiyməti 800 dollardan yuxarı olan mobil telefonların IMEI kodunun gömrükdə bəyan edilməsi qərarı telefon bazarına ciddi təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, qərarın icrasından sonra bazarda oyunçular azalıb, qiymətlərdə isə nəzərəçarpacaq dərəcədə artım var.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sözügedən qərardan sonra əvvəllər 850 manata satılan telefonlar 1210, 1000 manata satılan telefonlar isə 1360 manata qədər bahalaşıb. 2500 manatlıq telefonlar isə hazırda 2900-3000 min manata təklif edilir.

Satıcılar deyirlər ki, idxal rüsumunun tətbiqi həm də satışın zəifləməsinə səbəb olub.

İqtisadçı Xalid Kərimli deyir ki, Azərbaycan telefon istehsalçısı olmadığı üçün idxaldan asılıdır. Bu sahəyə nəzarətin gücləndirilməsi isə dövriyyənin leqalaşdırılmasna xidmət edir.

İqtisadçının fikrincə, bahalaşmanın əsas səbəblərindən biri bazarda əsas oyunçuların öz markalarına uyğun qiymət tərtib etmələridir. Bundan başqa, inflyasiya da qiymət artımını şərtləndirən amillərdəndir.

Onun sözlərinə görə, gömrükdən keçirilən mobil telefonun bəyan edilməməsi və ya IMEI kodunun dəyişdirilməsi isə inzibati məsuliyyət yaradır. Belə hallara görə 12 min manatadək cərimə nəzərdə tutulub.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Mobil telefonlar kəskin bahalaşdı VİDEO


RƏYLƏR