Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 21:12
NATO ölkələri Ukraynaya sursatların tədarükünün sabitliyini hələ də təmin edə bilməyiblər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Qərbin Ukraynaya sursat tədarükü davamlı deyil, çünki onların xərcləri xeyli çoxdur. Ukrayna münaqişəsi logistik döyüşə çevrilir. NATO Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcək, çünki Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı məğlub etməsinə icazə vermək olmaz. Bu, ukraynalılar üçün faciə, bizim üçün də təhlükəli olacaq", - Stoltenberq bildirib.