Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Putinlə danışdı

Ərdoğan Putinlə danışdı

Tarix: 24 Fevral 2023 20:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.

Prezident Ərdoğan zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə rusiyalı həmkarına təşəkkür edib.

Bundan əlavə o, Rusiya-Ukrayna müharibəsində daha çox insan ölümü və dağıntılar olmadan ədalətli sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.

Prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın canlandırılmasını istədiyini və hər cür töhfə verməyə hazır olduğunu bildirib.


Etiketlər:  Ərdoğan Putinlə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ