Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Burunda poliplər

Burunda poliplər

Tarix: 25 Fevral 2023 05:03

Ümumi məlumat:
Burun polipləri - burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələridir. Belə poliplərin böyüməsi bir neçə mərhələdə gedir. İlkin mərhələdə  ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini qapayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam baglayır, nəticədə burunla tənəffüsü tam pozur.
Səbəbləri:
Xəstəliyin yaranmasında aşağıdakı faktorlar ola bilər:
-xroniki infeksiya - xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması
- yuxarı tənəffüs yollarını zədələyən allergik xəstəliklər - polinoz, allergik rinit
-ekoloji amillər
- burunun anatomik quruluşunda olan dəyişikliklər - burun çəpərinin əyriliyi
Simptomları:
Burun poliplərinin əlamətləri əksər hallarda gec aşkar olunur. Adətən burun tutulması və nəfəsalmanın çətinləşməsi ilə başlayır. Xəstələrin bir qismi damar daraldıcı burun damcılarından istifadə edir, lakin onların da effekti müvəqqəti olur. Burun tənəffüsünün pozulması tez-tez soyuqdəymələrin, virus və bakterial infaksiyaların baş verməsinə səbəb olur. Bundan əlavə burun polipozundan əziyyət çəkən xəstələr xoruldamağa başlayır. Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları, xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir.
Müalicəsi:
Müasir tibbdə poliplərin bir neçə cərrahi müalicə üsulu tətbiq edilir: polip ilgəyi ilə polipin kəsilib çıxarılması, lazer üsülü və endonazal əməliyyat üsulu. Burun poliplərinin əməliyyatsız müalicəsi bir neçə üsuldan ibarətdir. Bunlardan ən genış yayılanı duz və bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irindən, infeksiya və allergenlərdən təmizləyir, ödemi, şişkinliyi azaldır.

Milli.Az


Etiketlər:  Burunda poliplər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ