Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakira mesaj ötürdü: Qayıtmaq istəyirsən, amma səni burada… - VİDEO

Şakira mesaj ötürdü: Qayıtmaq istəyirsən, amma səni burada… - VİDEO

Tarix: 25 Fevral 2023 19:00

Şakira Jerar Pikedən ayrıldıqdan sonra daha bir mahnı təqdim edib.

Milli.Az xəbər verir ki, "TQG - Te Quedó Grande - Şakira" adlı trek kolumbiyalı müğənni Karol G ilə əməkdaşlıq çərçivəsində buraxılıb. Mahnı tamamilə ayrılıq mövzusuna həsr olunub.

Mahnıda bu sözlər var:

"Uşaq, nə olub? Məgər sən aşiq deyilsən? Səhvləri bağışlamadığımı bildiyin halda, məni niyə axtarırsan? Yeni körpənə de ki, mən kişilər üçün döyüşmürəm".

Daha sonra Şakira oxuyur:

"Səni yeni qızla görəndə ürəyim ağrıdı. Amma yaşadıqlarımızı unutdum. Bu da səni ağrıtdı. Üstəlik, həyatım daha da gözəlləşdi. Artıq burada səni heç kim gözləmir. Sənin yeni sevgilin mənə hücum etdi. Amma buna əhəmiyyət vermirəm, hey gülürəm".

Şakira əlavə edir:

"İndi geri qayıtmaq istəyirsən, mən belə də güman edirdim. Şəkillərimi "like" edirsən".

Bundan əvvəl də Şakira Pike ilə ayrılığa həsr edilmiş mahnı yazmışdı. Orada deyilir:

"Sən "Ferrari"ni "Twingo"ya, "Rolex"i "Casio"ya dəyişdin".

Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilirdi. (publika)

Milli.Az


Etiketlər:  Şakira mesaj ötürdü Qayıtmaq istəyirsən amma səni burada VİDEO


RƏYLƏR