Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tok'' vuran 9 yaşlı Zəhranın sol qolunu amputasiya etdilər

''Tok'' vuran 9 yaşlı Zəhranın sol qolunu amputasiya etdilər

Tarix: 16 Oktyabr 2019 17:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Nizami rayonunda elektrik cərəyanı vuran 9 yaşlı Zəhranın yalnız sol qolu ötən gün amputasiya edilib.

5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən Trend-ə verilən məlumata görə, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilən 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızının ayaqlarının amputasiya edilməsi haqqında xəbər doğru deyil: "Xəstənin yalnız sol qolu amputasiya olunub. Hazırda azyaşlı həkim nəzarətindədir və vəziyyəti ağır olaraq qalır".

Xatırladaq ki, ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  vuran yaşlı Zəhranın qolunu amputasiya etdilər


RƏYLƏR