Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət

Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət

Tarix: 16 Oktyabr 2019 18:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin millisinə əsgər salamına görə  intizam işi açmasına münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, qurumun bu addımını düzgün hesab etməyib: "Belə bir şey həyatda olmayıb. Bu məsələdən ciddi nəsə çıxacağını düşünmürəm. Bəlkə qınaya bilərlər. Bundan başqa, by nöqtəyə kimi gələn komandaya hər hansı bir mənfi yanaşma olmayacaq".

Qeyd edək ki, türk futbolçular Avro-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.

 


Etiketlər:  Ərdoğandan UEFA nın Türkiyə millisinə intizam işi açmasına münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ