Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 13:36
Bakı. Rufiz Hafizoğlu - Trend:
FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində Ankarada 53 hərbçi saxlanlılıb. Trend-in məlumatına görə, saxlanılanlarda 5 nəfərin istefada olan zabit olduğu bildirilir.
Məlumata görə, araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.
Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin