Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın partiyası: Ermənistanın müdafiə naziri yeni mənzilini kreditlə alıb

Paşinyanın partiyası: Ermənistanın müdafiə naziri yeni mənzilini kreditlə alıb

Tarix: 2 Mart 2023 23:18

Ermənistanın müdafiə naziri Suren Papikyan bankdan pul götürərək yeni mənzilini kreditlə alıb.

Sonxeber.net Musavat.com-a istinadən xəbər verir ki, bunu martın 2-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim "Vətəndaş sazişi" partiyasından olan deputat Eriknaz Tiqranyan deyib.

Onun sözlərinə görə, vəzifəli şəxs əmlakı haqqında bəyannamə təqdim edən subyektdir. Ona görə də onun əmlakı və gəlirləri haqqında bəyannamə dərc edilməli olan sənəd sayılır.

"Yəni hər kəs bununla tanış ola bilər. Kiminsə əsaslı şübhələri varsa, kimsə hesab edir ki, korrupsiya riskləri var, burada hüquq-müdafiə təşkilatları, antikorrupsiya qurumları var. Siz bu strukturlarla əlaqə saxlaya bilərsiniz", - Tiqranyan qeyd edib.

Xatırladaq ki, Ermənistan mətbuatında hazırkı müdafiə naziri Suren Papikyanın bir neçə ay əvvəl 5 otaqlı bir mənzili bazar dəyəri təxminən 412 min dollar olduğu halda 168 min dollara alması ilə bağlı xəbərlər yayılmışdı.


Etiketlər:  Paşinyanın partiyası Ermənistanın müdafiə naziri yeni mənzilini kreditlə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ