Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel hadisənin necə baş verdiyini AÇIQLADI

Günel hadisənin necə baş verdiyini AÇIQLADI

Tarix: 4 Mart 2023 21:30

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalovanın qaşına 7 tikiş qoyulub. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı hadisənin necə baş verdiyini açıqlayıb. O, üstünə dolab rəfinin düşdüyünü və bu səbəbdən qaşına tikiş qoyulmalı olduğunu bildirib.

"2 gün öncə evdə dolabı səliqəyə salarkən özümü supermen zənn edib onu çəkdim. Çəkməyinə çəkdim, amma üstdəki rəfin fərqinə varmadım. Heç nə olmayacaqmış kimi onun düşüşnü izlədim. Qaşıma dəydi. Gözümü açanda xəstəxanada idim. 7 dikiş vuruldu. Allahın sevdiyi bəndəsiyəm ki, gözümə dəymədi. Çox şükür, yaxşıyam: qaşımdakı şiş və gözümdəki göyərmə xaricində. Bir neçə gün sonra tikişlər açılcaq, İnşallah iz qalmaz" deyə, Günel qeyd edib.


Etiketlər:  Günel hadisənin necə baş verdiyini AÇIQLADI


RƏYLƏR