Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibəni sabah bitirmək olar: burdan sərhədi çəkək...

Müharibəni sabah bitirmək olar: burdan sərhədi çəkək...

Tarix: 5 Mart 2023 14:18

Rusiya uğrunda mübarizə burada və indi getməlidir, əks halda Ukrayna NATO-nun köməyi ilə yenidən qırmızı xətləri aşacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Vaqner"in rəhbəri Yevgeni Priqojin deyib.

O qeyd edib ki, "xüsusi əməliyyat" hətta sabah da başa çata bilər:

"Hazırda rus qoşunlarının yerləşdiyi xətti "çəkmək" olar. Onları qalın zolaqla çəkmək məqsədəuyğundur ki, daha sonra bir kilometr oyan-buyan olmasın. Bunun üzərinə Rusiya sərhədini çəkin və sərhədçiləri qoyun".

Buna baxmayaraq, Priqojin Ukraynanın NATO-nun köməyi ilə "qırmızı xətləri" keçərək, 2014-cü ilə qədər ona məxsus olan əraziləri geri qaytarmağa çalışacağına əminliyini ifadə edib:

"Ona görə biz burada və indi Rusiya üçün mübarizə aparmalıyıq. Xüsusi əməliyyat elə indi başa çatsa, növbəti münaqişə daha ​​faciəli və qanlı ola bilər. Buna heç bir şübhə yoxdur".

Milli.Az


Etiketlər:  Müharibəni sabah bitirmək olar burdan sərhədi çəkək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ