Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 13:10
Bakı. Elçin Mehdiyev – Trend:
ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin regiona səfərinin nəticələri ilə bağlı məlumat verib.
Trend-in məlumatına görə, İ.Popov bildirib ki, həmsədrlərin regiona səfəri bu gün yekunlaşır: “Biz srağagün əvvəl İrəvanda olduq, Xarici İşlər naziri, Müdafiə naziri ilə görüşdük. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük, eyni zamanda, gördüyünüz kimi, biz Dağlıq Qarabağın Azərbaycanlı icması ilə görüşürük. Biz görüşlərdə danışıqlar prosesi ilə bağlı vəziyyəti müzakirə etdik, tərəflərin istəklərini dinlədik. Biz, eyni zamanda, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Aşqabadda baş tutan danışıqlarının nəticələrini müzakirə etdik. Hesab edirik ki, nəticələr pis deyil”.
İ.Popov, həmçinin nazirlər səviyyəsində görüşlərin təşkil edilməsi məsələsinə toxunub: “Biz hələ ki xarici işlər nazirləri səviyyəsində görüşlərinin təşkil edilməsini davam etdirməyi planlaşdırırıq. Bu görüşləri beynəlxalq tədbirlər çərçivəsində təşkil etmək mümkündür. Dekabr ayında ATƏT-ə üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşü olacaq. Tərəflər istəklərini ifadə etsələr, biz görüşü təşkil edə bilərik”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin