Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evini şahzadə Harriyə satan rusiyalı milyarder öldü

Evini şahzadə Harriyə satan rusiyalı milyarder öldü

Tarix: 9 Mart 2023 20:45

Milyarder Sergey Qrişin vəfat edib.

Onun martın 6-da öldüyü bildirilsə də, bu barədə yalnız iki gün sonra məlumat yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl "RosEvroBank"ın keçmiş ortağı beyin qan dövranı pozğunluğu ilə xəstəxanaya yerləşdirilib.

Qrişin Santa Barbaradakı malikanəsini Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markla 15 milyon dollara satması ilə tanınır.

Milyarder həmçinin 2018-ci ildə o, Amerika vətəndaşlığının verilməsi xahişi ilə ABŞ-ın o vaxtkı rəhbəri Trampa müraciət etməsilə gündəm olub.

Milli.Az


Etiketlər:  Evini şahzadə Harriyə satan rusiyalı milyarder öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ