Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqası: ''Sabah'' ''Sumqayıt''ı darmadağın edib

Azərbaycan Premyer Liqası: ''Sabah'' ''Sumqayıt''ı darmadağın edib

Tarix: 10 Mart 2023 21:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. 

Sonxeber.net report-a istinadən xəbər verir ki, günün ikinci matçında "Sabah" "Sumqayıt"ı təmsil edib. 

Qarşılaşma paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində ilk qolu 45-ci dəqiqədə Coy Lens Mikels vurub. 75-ci dəqiqədə isə Aleksey Kaşuk fərqlənib. 83-cü dəqiqədə Ceyhun Nuriyev, 90+2-ci dəqiqədə Seymur Məmmədov fərqi daha da artırıb. 

Qələbə sayəsində xallarının sayını 59-a çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. "Sumqayıt" isə 21 xalla 7-ci sıradadır. 

Qeyd edək ki, günün ilk oyununda "Kəpəz" evdə "Zirə" ilə heç- heçə edib - 1:1. Qeyd edək ki, turun digər oyunlarında martın 11-də "Turan Tovuz" "Qəbələ"ni, "Qarabağ" "Səbail"i qəbul edəcək, ertəsi gün isə "Neftçi" "Şamaxı"nın qonağı olacaq.


Etiketlər:  Azərbaycan Premyer Liqası Sabah Sumqayıtı darmadağın edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ