Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyunda ''əsgər salamı'' vermək fikrim yoxdur'' - APOEL-in oyunçusu

''Qarabağ''la oyunda ''əsgər salamı'' vermək fikrim yoxdur'' - APOEL-in oyunçusu

Tarix: 17 Oktyabr 2019 16:00

Kipr mətbuatının yazdığına görə azarkeşlər APOEL-in təcrübəli oyunçusu Giorgos Merkisin "Qarabağ"a Bakıda qol vuracağı təqdirdə əsgər salamı verəcəyini gözləyir.

Məsələ ilə bağlı 35 yaşlı oyunçu açıqlama verib. O, Bakıdakı oyunda qol vuracağı təqdirdə "əsgər salamı" vermək haqda düşünmədiyini söyləyib: "Xeyr, bu düzgün deyil. Futbolu siyasətə qatmaq niyyətimiz yoxdur, ümumiyyətlə qatmaq da olmaz. Biz sadəcə, idmançıyıq, işimiz meydanda mübarizə aparmaqdır. Siyasətə qarışmaq fikrimiz isə qəti yoxdur. "Düdelanj" – "Qarabağ" matçında baş verən hadisədən xəbərim var. İnsanları üz-üzə qoymaları doğru deyil".

Merkis "Kiprdə ermənilər çoxdur və "Qarabağ"a qarşı erməni təxribatı təkrarlana bilərmi?" sualına isə bu cür cavab verib: “Bəli, Kiprdə ermənilər çoxdur. Amma polislər də çox olacaq və nəzarət edəcəklər hamıya. Ona görə də narahat olmağa dəyməz. Biz sadəcə meydanda futbol oynamaq istəyirik".
Təcrübəli futbolçu Avropa Liqasının 3 və 4-cü turlarında "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə də anışıb: "Qarabağ" və APOEL eyni səviyyədə olan komandalardır. Təbii ki, hər iki matç çox çətin alınacaq. Fikrimcə, əsl finallıq oyunlar olacaq. Məncə, çox şey də "Qarabağ"la oyunlarda həll olunacaq" (sportinfo.az).

 


Etiketlər:  Qarabağla oyunda əsgər salamı vermək fikrim yoxdur APOEL oyunçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ