Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2023 21:00
Ukraynanın bu il üçün dövlət büdcəsinin dəyişdirilməsi planlaşdırılır. Hərbi xərclər 500 milyard qrivna (13,61 milyard dollar) artırılacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Deputat vurğulayıb ki, bu, Ukrayna tarixində büdcədə ən böyük artımdır.
Bundan əvvəl Y.Jeleznyak bildirib ki, cari ilin yanvar və fevral aylarında beynəlxalq tərəfdaşlar büdcə yardımı kimi Ukraynaya 6,3 milyard dollar köçürüblər.