Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Renat qol vurdu, komandası qələbə qazandı

Renat qol vurdu, komandası qələbə qazandı

Tarix: 12 Mart 2023 23:12

İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Vintertur"la qarşılaşıb. Renatın komandası oyundan qələbə ilə ayrılıb - 2:1.

Renat da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "Qrashopper"in ilk qolunu da elə məhz 41-ci dəqiqədə Dadaşov vurub. Renat, 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, "Qrasshopper" 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

"Qrasshopper" - "Vintertur" - 2:1

Qollar: Dadaşpv, 41, Şxettin, 63 - Araya, 47

Milli.Az


Etiketlər:  Renat qol vurdu komandası qələbə qazandı


RƏYLƏR